INSYSTEM MMC 2023-cü ildən etibarən fəaliyyət göstərərək xidmətlər və avadanlıqların təchizatı sahəsində müasir və etibarlı həllər təqdim edir. Fəaliyyət istiqamətlərimizə nəzarət-ölçü cihazları, avtomatika vasitələri, qurğular üçün avadanlıqlar və idarəetmə sistemləri daxildir.
Qısa müddət ərzində müxtəlif sahələr üzrə layihələrin uğurla icrası olunması sayəsində zəngin təcrübə toplamışdır. Müştərilərimizə təqdim etdiyimiz xidmətlər yüksək keyfiyyət, dəqiqlik və etibarlılıq prinsiplərinə əsaslanır.
Şirkətimiz bir çox tanınmış, etibarlı və aparıcı şirkətlərin Azərbaycandakı rəsmi distributorudur. Eyni zamanda, yerli və xarici tərəfdaşlarla qurduğumuz güclü əməkdaşlıqlar vasitəsilə müştərilərimizə geniş ölçüdə məhsul və xidmətlər təqdim edirik.
Bütün iş proseslərimiz beynəlxalq standartlara uyğun şəkildə təşkil olunur. Keyfiyyətə verdiyimiz önəmin göstəricisi olaraq şirkətimiz müvafiq İSO sertifikatları və lisenziyalar ilə təmin olunmuşdur.
Məqsədimiz müştərilərimizə innovativ, effektiv və dayanıqlı həllər təqdim edərək, sürətlə inkişaf edən və beynəlxalq arenada aparıcı enerji ölkəsi kimi tanınan Azərbaycan Respublikasında neft-qaz sahəsində çalışan şirkətləri təhlükəsiz, etibarlı və sərfəli avadanlıqlarla təchiz etməkdir.